Yazını böyüt
Yazını kiçilt
“Mən müğənni olmaq istəməmişəm ki, kiminsə də ardınca deyim ki, buna oxşayım. Sadəcə olaraq sevdiyim müğənnilər olub və onları dinləyib ifa etməyi öyrənmişəm. Mənim məktəbim onları çoxlu dinləmək olub".
Hafta.az xəbər verir ki, bunu müğənni İlhamə Qasımova “İncə səhər” verilişində deyib.
Onun sözlərinə görə, arzusu idmançı olmaq imiş:
“İndiyə qədər ən sevdiyim müğənni Maykl Ceksondur. Pop musiqinin 70 faiz ən öndə gedən hər bir şeyini səhnəyə o gətirib. Amma deyim ki, özümü ona oxşatmaq arzularım da olub. Daha çox idmançı olmağı arzulamışam, nəinki müğənni. Mən idmanda olsaydım, bilirəm ki, çox uğurlu olardım".